• (+994) 55 255 55 45
  • (+994) 50 234 55 60
  • Uroloji - Androloji Mərkəz

Varikosel : hər yeddi kişidən birinin xəstəliyi

Araz Bayramov: “Varikoselin müalicəsi mikrocərrahiyə təcrübəsi olan uroloq-androloq tərəfindən aparılmalıdır”

Hər bir insanın boynuna həyatda çoxlu məsuliyyət düşür ki, onlardan ən vacibi nəsil artırmaq, dünyaya övlad gətirməkdir.

Çox təəssüf ki, bəzi insanlar bu sevinc payından məhrum olur, dünyaya övlad gətirə bilmirlər. Tibb elmində sonsuzluq adlanan bu bəladan hər 10 kişi və 10 qadından biri əziyyət çəkir.

Bəs görəsən niyə bir insanın övladı olduğu halda, digəri bundan məhrum olur?

Bu müsahibədə kişi sonsuzluğundan bəhs edəcəyik.

Müsahibimiz Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü, Fransa təhsilli uzman, uroloq-androloq Araz Bayramovdur.

DOSYE: Araz Eldar oğlu Bayramov Ağsu rayonunda anadan olub. Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu və Mustafa Topçubaşov adına təqaüdlə bitirib.

2005-2010-cu illərdə Fransanın Lyon şəhərindəki Edouard Herriot adına Mərkəzi Hospitalında Urologiya ve Laparoskopik-Endoskopik Urologiya şöbəsində Uroloji Mütəxəssislik Uzmanlığını keçib. Adıçəkilən xəstəxanada uroloq-cərrah işləyib.

2010-cu ildə Bakıya qayıdan Dr. Araz Bayramov indiyə qədər Mərkəzi Gömrük Hospitalı, “Oksigen” klinikasında . MTN-nin Hospitalı və “Baku Clinic”də çalışıb uzman Dr. Araz Bayramov Fransa Uroloqlar Cəmiyyətinin, Avropa və Dünya EndoUroloqlar Cəmiyyətinin həqiqi üzvüdur. 

- Son illər Azərbaycanda kişi sonsuzluğundan əziyyət çəkən insanların sayı sürətlə artır. Sizcə, bu nə ilə bağlıdır?

- Sonsuzluq bəşəriyyəti ciddi şəkildə məşğul edən, Ümümdünya Səhiyyə Təşkilatının diqqət ayırdığı əsas problemlərdən biridir. Bu gün dünyanın ən müxtəlif ölkələrində, o cümlədən Azərbaycanda sonsuzluq geniş yayılıb ki, bu zaman 25 faiz qadınların, 25 faiz kişilərin, 50 faiz isə qarışıq səbəblərin payına düşür. Hər beş ailədən biri sonsuzluqdan əziyyət çəkir. Kişi sonsuzluğunun səbəbi kimi, varikosel, hormonal pozğunluqlar (hipoqonadizm -hipoqonadotrop), uşaq vaxtı xayaların gec enməsi (kriptorxizm), cinsi zəiflik və erkən boşalma, cinsi yolla düşən infeksiyalar, irsi xromosom xəstəlikləri (klinefelter sindromu) və digərlərini göstərmək olar.

- Sadaladığınız səbəblərdən hansı daha çox fəsadlar yarada bilər?

- Sonsuzluqdan əziyyət çəkən kişilər ilk növbədə varkioselin mövcudluğunu inkar etməlidirlər. Bunun üçün xayaların ultrasəs dopler (USM) müayinəsindən, hormonal problemin olmasını inkar etmək üçün FSH, LH analizindən keçməlidirlər. Əgər məlum olsa ki, xəstədə varikosel var, o zaman birinci növbədə bunun qarşısı alınmalıdır. Unutmaq lazım deyil ki, varikoseldən, yəni xaya damarlarının genişlənməsindən əziyyət çəkən xəstələrdə xayanın həcminin kiçilməsi, xayada ağrılar, xüsusən sol xaya və spermatazoidlərin aktivlik faizinin düşməsi baş verir ki, bu da sonsuzluğa gətirib çıxarır.

- Qeyd etdiniz ki, varikosel kişi sonsuzluğunu doğuran əsas səbəblərdən biridir. Bəs müasir tibbdə varikosel necə aradan qaldırılır?

- İlk növbədə onu deyim ki, varikoselin müalicəsi mikrocərrahiyə təcrübəsi olan uroloq-androloq tərəfindən aparılmalıdır. Qasıq nahiyəsində kiçik bir kəsiklə əməliyyata başlanılır, 8 dəfə böyütmə qabiliyyətinə malik mikroskop altında genişlənmiş damarlar bağlanılır. Əməliyyatdan sonra iki günlük istirahət və bir müddət cinsi əlaqədən qorunma kifayət edir. 3 ay sonra isə ilk spermoqrammanın, 6 ay sonra təkrar analizin verilməsi tövsiyyə olunur. Əksər hallarda əməliyyatdan beş-altı ay sonra hamiləlik baş verir. Özü də əməliyyat heç bir ağrı, kəsik, stress olmadan 20 dəqiqə ərzində aparılır və xəstə elə əməliyyat olunan gün evə buraxılır. Sonda onu qeyd edim ki, heç bir səbəb aşkar olunmayan, sadəcə spermatazoidlərin aktivlik faizi aşağı olan xəstələri sadə vitamin kompleksi, yəni A, C, E vitaminləri və sink-selendən ibarət olan antioksidantlarla üç ay ərzində müalicə etmək olur.

 

Avropa Uroloqlar cəmiyyətinin idarə heyətinin üzvü, Fransa təhsilli uroloq androloq Dr. Araz Bayramov la əlaqə saxlamaq üçün tel. 055 255 55 45