Anadangəlmə penis əyrilikləri əsasən kişinin cinsi aktivlik dövrü başladığı zaman, penisin ölçülərinin böyüməyə başladığı zaman görünür. Əyriliyin dərəcəsinə görə penisin forması cinsi əlaqəni çətinləşdirir, hətta cinsi əlaqəni mümkünsüz edir. Bundan əlavə penisi əyri olan kişilərdə yaranmış bu əyrilik səbəbindən onlarda çox güclü bir psixoloji problem yaranır, çünki penisin (cinsiyyət orqanının) kişi üçün nə qədər qiymətli olduğu məlumdur. Bu yaşdakı oğlanlar özləri-özlərində penisin əyri olduğunu görürlər. Lakin bir çox penis əyrilikləri olan xəstələr utandıqları üçün doktora getmədiklərini də bilirik. Anadangəlmə penis əyriliklərinin müalicəsi mümkündür. Əslində bu penisin estetik əməliyyatı kimi də qiymətləndirilə bilər. Nəticələr tam müvəffəqiyyətlidir.
Sonradan yaranmış penis əyrilikləri özləridə iki qrupa ayrılır:
Xəstəliyin yaranma səbəbləri elmə tam məlum deyildir.Yaranma səbəbləri arasında daha çox cinsi travma,yəni cinsi əqalə zamanı penisin əzilməsi,qırılması vəya qatlanaraq travma alması önəm daşıyır.
Xəstəliyin yaranmasında genetik faktorların olduğuda bilinməkdədir.Bəzən də şəkər xəstəliyin də səbəb olduğu məlumdur.
Bundan əlavə E vitamini çatızmazlığı da səbəblərdən biri sayılır. Xəstəliyin kəskin mərhələsi 12 ay çəkir. Bu halda ereksiya (cinsiyyət orqanının sərtləşməsi) zamanı penisdə şiddətli ağrılar və əyrilik ola bilir. Xəstələrin az bir qismində şikayətlər öz-özlüyündən düzəlir (ilk 12 ayda). Xəstələrin böyük əksəriyətində ağrılar kəsilir, lakin əyriliyin dərəcəsi getdikcə artır və irəliləyir. Bəzi xəstələrdə zaman keçdikcə penisin forması getdikcə qum saatı forması alır.
12-18 aydan sonra isə xəstəlik xroniki mərhələyə keçir, bu müddətədək əyrilik maksimum artır hətta 150-dərcəyə qədər ola bilir, xroniki müddətdə cinsi əlaqə zamanı olan ağrılar azalır vəya tam itir. Bəzən əyriliyin dərəcəsinə görə xəstələr cinsi əlaqə zamanı akrobat aşmaq məcburiyyətində qalırlar.
Peyronie xəstəliyi olan kişilərdə əsasan cinsi əlaqə zamanı (penis sərtləşdiyi zaman) olan ağrılı ereksiya və ağrılı orqazm (boşalma) və penisdə (kişi cinsiyyət orqanı) görünən əyrilik səbəbindən cinsi əlaqənin çətinləşməsi xəstələri narahat edənəsas faktorlardır.
Peyrone xəstəliyinin ilk 12 ay ərzində qəbul olunan dərman müalicəsi 30-40 % xəstələrdə faydalı olur. Bu müalicələr nəticəsində ağrılar azala və əyrilik dura da bilir, lakin əyriliyin əsl müalicəsi cərrahi üsulladır,hansıki yüksək nəticələr aldığımız müxtəlif növ cərrahi üsullardır. Bəhs edilən bu əməliyatlar xəstələrdə ereksiya (impotensiya) problemi olmadığı hallarda istifadə olunur,əgər xəstədə ereksiya (impotensiya) problemi də əlavə olunursa o zaman, penisin düzəldilməsi ilə eyni zamanda penis protezlərin qoyulması göstəriş sayılır. Bir sıra cərrahi üsullar vardır ki, Nesbit əməliyatı, Yamaq qoyma və.s onlardan birinin vasitəsi ilə hər bir xəstəyə fərdi yanaşmaqla əyriliyin müvəffəqiyyətlə düzləndirilməsinə nail oluruq. Keçid şəkər xəstəliyi.