• (+994) 55 255 55 45
  • (+994) 50 234 55 60
  • Uroloji - Androloji Mərkəz

Prostat xərçəngi Müayinə və Müalicəsi

Uroloq Androloq Araz Bayramov: “Prostat xərçənginin yaranma səbəbi multifaktorialdır”

Kişilər üçün prostat xərçəngi – qadınlar üçün döş xərçənginə bərabərdir. Prostat xərçəngi boğaz xərçəngindən sonra kişilər arasında yayılan ən birinici ölüm səbəblərindəndir. 
Bu yazıda prostat xərçəngindən qorunmağın və müalicənin yollarından danışacağıq.

 Prostat xərçəngi nədən yaranır?

 

- Prostat xərçənginin yaranma səbəbləri müxtəlifdir: “Yaş faktoru əsas amildir. Kişinin yaşı nə qədər çox olarsa, prostat vəzinin xərçənginin inkişaf etməsi təhlükəsi bir o qədər artmış olur. Digər səbəblər sırasında kişi cinsiyyət üzvlərinin uzun müddət ərzində mövcud olan müxtəlif iltihabi və digər xəstəlikləri, piylənmə, irsiyyət, zərərli istehsal sahələrində işləmək, zərərli adətlərin olması və s. üstünlük təşkil edir. Təsadüfi deyil ki, prostat kişinin “ikinci ürəyi” adlandırılır. Prostat vəzi kişilərdə cinsi fəaliyyəti tənzimləməklə yanaşı, həm də sidikçıxarıcı funskiya daşıyır. Bu mənada insan həyatı üçün olduqca mühüm orqanlardan biridir. Prostat xəstəlikləri kişi sonsuzluğuna gətirib çıxarır. Amerika və Avropa Uroloqlar Cəmiyyətinin, xüsusən də Dünya Səhiyyə Təşkilatının hazırda müzakirə etdiyi əsas mövzu – prostat xərçənginin erkən aşkar edilməsidir. Prostat xərçənginin yaranma səbəbi multifaktorialdır. Yəni, müxtəlif səbəblərdən yarana bilər. Bu sırada erkən prostat xəstəlilklərinin vaxtında aradan qaldırılmaması, genetik faktorlar, xüsusən ata, baba, əmi və dayılarda bu xəstəliyin olması, piylənmə, qan təzyiqinin yüksək olması, şəkərli diabet və s. göstərilə bilər.

- Prostat xərçəngi vaxtında aşkar edilərsə...

 Prostat xərçəngi erkən aşkar edilərsə, onu fəsadsız aradan qaldırmaq mümkündür. Yuxarıda qeyd etdiyim kimi, prostat xərçənginin aşkar edilməsi üçün Avropada, o cümlədən dünyada yeniliklər tətbiq edilir. Bu yeniliklər içərisində qanda prostat xərçənginin onkomarkerləri (PSA, PCA) yoxlanılmalı, prostat vəzinin rektal, yəni düz bağırsaqdan müayinəsi aparılmalı, transrektal ultrasəs MR fuzion prostat biopsiyası həyata keçirilmədir. Nəzərə almaq lazımdır ki, 40 yaşdan yuxarı kişilər ildə bir dəfə mütləq bu müayinələrdən keçməlidirlər. Prostat vəzi xərçəngi diaqnozu qoyulmuş kişi xəstələrin 80%-də prostat vəzinin biopsiyası məhz qanda PSA-nın yüksək olması səbəbindən aparılmış olur. Lakin prostat vəzi xərçənginin erkən diaqnostikasında barmaqla rektal müayinənin rolu mühümdür. Belə ki, 25 faiz hallarda prostat vəzidə düyünün müəyyən edilməsi və onun biopsiyasının aparılması məhz barmaqla rektal müayinə nəticəsində mümkün olur

- Müasir urologiyada prostat xərçəngini hansı yollarla aradan qaldırılır?

- Əgər transrektal ultrasəs MR fuzion prostat biopsiyası zamanı prostat xərçənginin olması təsdiqini taparsa, biz o zaman xəstəni digər müayinələrə cəlb edirik. Bu müayinələr arasında MRT, bədən sümük kütləsinin scintiqrafiya yolu ilə müayinəsi, metastazların inkar olunması üçün müayinələr daxildir. Metastaz aşkar edilmirsə, radikal prostatektomiya əməliyyatını həyata keçiririk. Bu əməliyyatın prinsipi prostat vəzinin tam olaraq çıxarılmasıdır. Onu da qeyd edim ki, təcrübəmizdə həyata keçirilən laparoskopik və açıq radikal prostatektomiya əməliyyatlarından sonra xərçəngdən azad olunan çoxsaylı xəstələrimiz var.

- Əməliyatdan nə qədər sonra xəstələr yenidən aktiv həyata qayıdırlar?

- Azərbaycanda qazandığımız uğurlardan biri laparoksopik uroloji əməliyyatların, xüsusən böyrək xərçənginin böyrəyi qoruyaraq, laparoskopik üsulla çıxarılması, böyrək ləyəni-sidik axarı darlıqlarının laparoksopik üsulla plastika edilməsi, o cümlədən prostat xərçənginin laparoskopik radikal prostatektomiyasıdır. Bu laparoskopik üsulların üstünlüyü tam kəsiksiz olub, estetik yolla aparılması, xəstələrdə əməliyyat sonrası ağrıların az müşahidə edilməsi, xüsusən də iş qabiliyyətini qısa müddətə bərpa etməsi ilə xarakterikdir.

Prostat xəstəlikləri  hansı üsullarla müalicə edilir?

Xəstəliyin müalicə üsullarından qeyd edim ki, xəstəliyin dərəcəsindən asılı olaraq, müasir üsullarla qarşısı alınır: “Statistikaya görə, erkən aşkarlanan prostat xəstəlikləri, o cümlədən bədxassəli şişlər 90 faiz hallarda müalicəyə tabe olur. Hazırda tətbiq etdiyimiz üsul laparoskopik radikal prostatektomiya əməliyyatıdır. Biz prostat xərçənginə zəmin rolunu oynayan prostat adenomasını isə Avropa protokollarına uyğun ən müasir üsulla, XXI əsrin qızıl standartı olan - Plazma Kinetik TUR sistemi ilə müalicə edirik. Bu üsulla prostat adenoması və sidik kisəsi poliplərinin müalicəsi kəsiksiz, endoskopik üsulla həyata keçirilir. Bu üsul toxumalarla daha incə və az invaziv rəftar etməyə imkan verir. Bu da öz növbəsində, xəstənin əməliyyatdan sonra ən qısa zamanda iş qabiliyyətinin bərpa olunmasına şərait yaradır. Digər üstünlük isə həmin üsulla prostat adenomasının kəsiksiz üsulla çıxarılması, cinsi fəaliyyətə zərər dəymədən həyata keçirilməsidir".

 

Avropa Uroloqlar Cəmiyyətinin İdarə heyətinin üzvü, Uroloq Androloq Dr. Araz Bayramovla əlaqə saxlamaq üçün: (055) 255-55-45