• (+994) 55 255 55 45
  • (+994) 50 234 55 60
  • Uroloji - Androloji Mərkəz

Varikosel - Kişi sonsuzluğu

Varikosel və Sonsuzluqdan əziyyət çəkənlər oxusunlar 

 “Son illər Azərbaycanda sonsuzluq o qədər sürətlə artıb ki, artıq hər 5-10 ailədən biri övlad sevincindən məhrum olur”.Sonsuzluq zamanı 30 faiz qadınların, 30 faiz kişilərin, 40 faiz də qarışıq səbəblərin payına düşür:

 

“İlk öncə kişi sonsuzluğundan əziyyət çəkən kişilər qanda hormonlar-FSH və İnhibin B analizlərindən, spermoqramma (sperma analizi) və xayaların dopler müayinəsindən keçməlidir. Yerdə qalan bütün müayinələr bu müayinələrin nəticəsindən asılı olaraq təyin oluna bilər. Qeyd etmək istərdim ki, əksər hallarda ginekoloqlar kişilərə lazımsız müayinələrə göndərişlər verirlər. Bəzən kişi sonsuzluğundan əziyyət çəkənləri o qədər müayinələrə cəlb edirlər ki, onlar bu prosesdən yorulur. Yuxarıda qeyd olunan müayinələr kişilərdə sonsuzluğun olub-olmadığını təyin etmək üçün kifayətdir”.

Varikosel kişi sonsuzluğunun əsas səbəblərindən biridir. Sonsuzluq şikayəti ilə müraciət edən kişilərin 40%-da, ümumi populyasiyada 15-20 % arasında varikoselə rast gəlinir. Hərbi xidmətə gedənlərin 20%-də Varikosel görülür.

Varikosel xayalardan çirklənmiş qanı geri daşıyan damarların hədsiz genişlənməsi nəticəsində qanın geri axmasıdır. Nəticədə xayalarda qan dövranının pozulması skrotal temperaturun artması və toksik maddələrin artması səbəbindən spermatogenezin pozulmasına (spermanın sayının, hərəkətliliyinin və morfologiyasının) və sonsuzluğa səbəb olur. Bəzən Varikosel olan xaya və xaya ətrafı nahiyədə ağrı olur.

Varikosel hansı şikayətlərə səbəb olur?

 

Varikosel əsasən xayalarda şişkinlik,ağrı və sonsuzluq şikayəti ilə müraciət edən pasientlərdə müayinə zamanı aşkar edilir. Varikosel olan xayanın atrofiyasına (həcminin azalmasına), qasıqda, aralıqda və xayalarda ağrıya səbəb olur, uzun müddət ayaqda durduqda, ağır işlər gördükdə ağrılar arta bilir.

Varikosel nə vaxt müalicə edilməlidir?

Varikosel müalicə edilə bilən bir patologiyadır. Spermaqrammada olan dəyişikliklər (sperma sayının, hərəkətliliyinin azalması və morfologiyasının pozulması) qeyd olunur, ən az 2 patoloji spermaqrammanın olması, infertil (sonsuzluq) şikayətinin olması, hormonlardakı dəyişikliklər, əsasən FSH (follikul stimullaşdırıcı hormon) və T (testosteron) – nun miqdarının dəyişməsinə fikir verilməlidir. Yüksəlmiş FSH zamanı varikoselin müalicəsi çox az effektli olur. Əllə müayinə edilən bütün varikosellər müalicə edilməməlidir.

Varikosel hansı üsulla müalicə olunur?

Varikoselin medikal (dərman) müalicəsi yoxdur, yeganə müalicəsi cərrahi üsulladır. Bu günə qədər bir neçə cərrahi üsullardan istifadə edilmişdir, lakin son illərdə dünyanın qəbul etidiyi yalnız mikroskopik cərrahiyədir, mikroskopik əməliyyat 99%-a qədər effektlidir. Varikosel mikrocərrahiyə təcrübəsi olan uroloq-androloq tərəfindən aparılmalıdır. Qasıq nahiyəsində kiçik bir kəsiklə əməliyyata başlanılır, 8 dəfə böyütmə qabiliyyətinə malik mikroskop altında genişlənmiş damarlar bağlanılır. Əməliyyatdan sonra iki günlük istirahət və bir müddət cinsi əlaqədən qorunma kifayət edir. Əməliyatdan 3 ay sonra ilk spermaqrammanın, 6 ay sonra 2-ci analizin verilməsi tövsiyyə olunur. Hamiləliklərin böyük əksəriyyəti əməliyyatdan 5-6 sonra olur.

 

Avropa Uroloqlar Cəmiyyətinin İdarə heyətinin üzvü, Fransa təhsilli Uroloq Androloq  Op. Dr. Araz Bayramov tel. 055 255 55 45