• (+994) 55 255 55 45
  • (+994) 50 234 55 60
  • Uroloji - Androloji Mərkəz

Sidik Kisəsi Polipi və Şişləri

Sidik kisəsi Pilopləri və Şişləri 

 

Sidik Kisəsi, böyrəktən süzülən sidiyin yığıldığı və xaricə atıldığı, sidik axarlarının açıldığı içi boş bir orqandır. Sidik Kisəsi xərçəngi ən sıx olaraq, Sidik Kisəsinin iç səthini əhatələyən (dəyişici epitel) hüceyrələrdən qaynaqlanmaqdadır.Sidik Kisəsində başlıca 3 xərçəng (pis xasiyyətli malin şişi) növü yarana bilər.•    Dəyişici epitel hüceyrəli karsinom (Uroepiteliyal karsinom): Bu xərçəng növündə, xərçəng Sidik Kisəsinin iç səthini əhatələyən və epitel hüceyrəsi deyilən hüceyrələrdən qaynaqlanır. Ən sıx görülən Sidik Kisəsi xərçəngi növüdür.•    Skuamoz hüceyrəli karsinom (Yastı epitel hüceyrəli karsinom): Xərçəng, Sidik Kisəsinin uzun müddət infeksiya və irritasiya ilə qarşı qarşıya qalmasından sonra Sidik Kisəsində yaranan yastı epitel hüceyrələrindən (skuamoz hüceyrələrdən) qaynaqlanmaqdadır.•    Adenokarsinom: Bu xərçəng növü, Sidik Kisəsindəki klandular (sekretuar, ifraz edən) hüceyrələrindən qaynaqlanmaqdadır. Bu, ifraz edən klandular hüceyrələr, Sidik Kisəsi divarına əhatələyət və mukus şəklini təmin edər.Sidik Kisəsi xərçəngi Amerika Birləşmiş Dövlətlərində dördüncü, Avropada isə beşinci sıxlıqda görülən xərçəng növüdür. NCI (National Cancer Institute)-nın məlumatlarına görə 2008 ilində Amerika Birləşmiş Dövlətlərində  68,810  Sidik Kisəsi xərçəngi diaqnozunun qoyulduğu və 14.100 ölüm olduğu bildirilmişdir. Sidik Kisəsi şişi kişilərdə qadınlardan 3 qat daha çox  rast gəlinir. Kişilərdə prostat, ağ ciyər və yoğun bağırsaq xərçənglərindən sonra dördüncü sıxlıqda görülən xərçəngdir. Kişilərdə xərçəng hadisələrinin təxmini olaraq %7-sini əhatə edir. Qadınlarda ən sıx görülən doqquzuncu xərçəngdir və bütün xərçəng hadisələrinin %2.5-ini əhatə edir.Sidik Kisəsi xərçəngi uşaqlıq daxil hər yaşda ola bilər. Yalnız ümumilə orta və irəli yaş xəstəliyidir. Görülmə sıxlığı yaşla müqayisəli olaraq artmaqdadır.

 


mesaneKanseri1

Bir çox xərçəmg yaradıcı  genin inaktivasiyası və mutasiyası Sidik Kisəsi xərçənginin yaranmasında rol oynadığı bildirilməktədir. Günümüzdə Sidik Kisəsi xərçəngi yaranması ilə bağlı olduğu göstərilən ən vacib şiş basqılayıcı genlər TP53 və hüceyrə siklusu inhibitorları RB, P21, P27 və P16-dır.
Ətraf mühitə bağlı karsinogenlərə məruz qalma halı Sidik Kisəsi xərçənginin yaranmasında çox önəmlidir. Baca təmizləyicilərdə, plastik və rezin sənaye işçilərinə Sidik Kisəsi xərçəngi daha çox rast gəlinir. Əlavə olaraq siqaret çəkənlərdə Sidik Kisəsi xərçəngi çəkməyənlərə müqayisədə 4 qat daha çox görülməktədir.

ƏLAMƏTLƏR VƏ SİMPTOMLAR

Sidik Kisəsi şişinin ən sıx görülən əlaməti sidikdə ağrısız qanamadır. Sidikdə ağrısız və aralıqlı qanama, xəstələrin təxmini olaraq %85-ində görülməktədir. Sıx tuvaletə getmə, sidiyə çıxarkən yanma, bu zaman çətinlik çəkmə kimi şikayətlər da Sidik Kisəsi şişinin ilk əlaməti ola bilər. Qanama ilə sidikdən laxtalar da gələ bilməktədir. Bunlarla birgə qarnın alt hissəsində vəya bel hissəsində ağrı bu şikayətlərlə birlikdə rast gəlir.

DİAQNOZUN QOYULMASI

Diaqnozda sidik analizləri vacibdir. Tam sidik təhlilində sidikdə qan hüceyrələrinin    ( eritrosit ) görülməsi şiş şübhəsini ortaya çıxarmalıdır.

SİDİK SİTOLOGİYASI

Sidiyin bir patoloq tərəfindən analiz edilərək xərçəng hüceyrələrinin tapılmasıyla bağlı bir üsuldur. Sidik sitologiyası həssaslıq səviyyəsi az dərəcəli şişlərdə az, yüksək dərəcəli şişlərdə isə ən çox %80 olan bir metoddur.

DİGƏR SİDİK ANALİZLƏRİ
Günümüzdə diaqnozda istifadə olunan bəzi testlər mövcuddur. Bunlardan BTA stat və NMP22  də istifadə olunan testlərdir. Yalnız kiçik şişlər üçün həssaslıq səviyyəsi azdır. Digərləri ImmunoCyst və UroVision DNA FISH  testləridir. ImmunoCyst ehtimalla kiçik və alçaq dərəcəli xəsrçənglər üçün ən yüksək həssaslığa malik ikən, UroVision DNA FISH ən yüksək xüsusiyyətə malikdir.

SİSTOSKOPİYA

Sidik Kisəsi şişindən şübhələnildikdə dəqiq diaqnozu üçün ən asan və əmin metoddur. Fransa təhsilli Uroloq Dr. Araz Bayramov poliklinik şəraitdə yerli anesteziya altında Flexible Sistoskopiya həyata keçirən nadir Mütəxəssilərdəndir. Sidik yolundan (uretra) optik bir alətlə girilərək 8-10 qat böyüdülmüş görünüşlərlə sidik kisəsinin içərisini görmək olur. Flexible sistoskopiya lokal yerli anesteziya ilə belə edilə bilən asan yalnız çox dəyərli bir diaqnoz üsuludur.

GÖRÜNTÜLƏMƏ METODLARI

Məsanə şişi diaqnozunda ən sadə görüntüləmə metodu qarından alınan ultrasonoqrafiyadır(Abdominal Ultrasonoqrafiyası). Müəyyən bir böyüklüyə çatan şiş ultrasonoqrafiyada görülə bilməktədir.  Digər metodlar Kompüterli tomoqrafiya ( CT / BT ), Maqnetik Rezonans     ( MRI ) və İntravenoz Uroqrafiyadır ( İVP ). Əlavə olaraq Pozitron Emissiya Tomoqrafiyası ( PET ) də bu xəstəliyin yayılma dərəcəsini göstərmədə çox yararlıdır.

MƏRHƏLƏLƏR

Məsanə divarı 3 əsas təbəqədən ibarətdir. 1) Mukoza 2) Lamina propria 3) Muscularis propria (əzələ təbəqəsi). Ta şişlər mukozaya məhduddur. T1 şişlər isə lamina propria-ya yoluxmuş şişlərdir. T2 mərhələsində səthi əzələ təbəqəsi, T3 mərhələsində də dərin əzələ təbəqəsi tutulmuşdur. Karsinoma insitu ( Tis ) deyilən şişlər də mukozada yerləşmiş yalnız zamanında lazımi müalicə görülmədiyinə görə xəstə üçün təhlükəli ola biləcək yüksək dərəcəli xərçənglərdir.

Yuxarıda tərif edilən kliniki mərhələ xaricində şişin davranışını müəyyən edən mikroskopik mərhələləmə də vardır. Alçaq dərəcəli şişlərdə daha yaxşı davranış gözlənərkən, yüksək dərəcəli şişlərdə daha aqressiv bir seyir gözlənilir.

 

mesaneKanseri2

MÜALİCƏSİ

Sidik kiəsi şişi şübhəsi olduqda ümumi/spinal anesteziya altında sidik yolundan girilərək şiş müəyyən edilməlidir və rezeksiya olunaraq çıxarılır. (Transuretral Rezeksiya: TUR ). Plazma Kinetik üsul ilə rezeksiya edilən şiş toxumaları patolojik müayinəyə göndərilməlidir. Bəzi hadisələrdə sidik kisəsinin normal görülən sahələrindən də biopsiya alınmalıdır.

Səthi şişlərdə ( Ta, T1 ) TUR qalıcı bir yaxşılaşma təmin edə bilər. Yalnız birdən çox şişin varlığında vəya şiş diametri 4 sm-dən böyük olduqda nüks riski daha çoxdur və bu xəstələrdə Sidik Kisəsi içərisi Mitomycin vəya İmmun BCG kimi dərman həlli ilə həftədə bir dəfə 6-8 hafta müddətlə yuyulmalıdır.

Sidik Kisəsi adele təbəqələrinə keçibsə ( T2, T3 ) xüsusilə gənc və ümumi vəziyyəti yaxşı olan xəstələrdə Sidik Kisəsinin tamamilə çıxarılması (Radikal Sistektomiya) və ardından bağırsaq Sidik Kisəsi edilməsi ən ideal müalicə üsuludur. Bu əməliyyat sonrası ortotopik Sidik Kisəsi ( sidik yoluna bağlanan bağırsaq Sidik Kisəsi ) uyğun xəstələrdə xəstə rahatı baxımından ən yaxşı metoddur. Buna uyğun olmayan xəstələrdə ideal loop (qarında sidik torbası daşınan metod) edilməlidir. Bu əməliyyatlar günümüzdə laparoskopik hətta robotik olaraq da edilməktədir.
Radikal sistektomiya üçün uyğun olmayan vəya metastaz yəni başqa orqanlara yayılmış olan xəstələrdə sistematik kemoterapiya və/vəya radioterapiya tətbiq edilməlidir.

İZLƏNMƏ
Sidik Kisəsi şişli bir xəstədə  daima residiv riski mövcuddur. Bu səbəblə xəstələr həkimin məsləht görəcəyi aralıqlarla periodik olaraq nəzarət altında olmalıdırlar. Bu istıqamətdə davamlı olaraq sidik testləri və kontrol sistoskopiyası edilməlidir. Səthi şiş diaqnozu qoyulan xəstələrdə, gələcəkdəki həyatları müddətincə az da olsa Sidik Kisəsinin tamamilə alınması gərəkən bir hal meydana çıxa bilər. Kiçik dərəcəli şişlərdə bu risk daha az, yüksək dərəcəli şişlərdə isə daha çoxdur. Xüsusilə yüksək dərəcəli şişlərdəyuxarı sidik sistem yəni böyrək pelvisi və ureter deyilən sidiyin yığıldığı və ötürüldüyü kanallarda da bənzər şiş çıxma ehtimalı az da olsa mövcuddur. Bu səbəblə böyrəklər də 2 ildə bir analiz edilməlidir.