• (+994) 55 255 55 45
  • (+994) 50 234 55 60
  • Uroloji - Androloji Mərkəz

Kişi və Qadın Sidik saxlamamazlığı

Sidik saxlamamazlığı- iradi hissə tabe olmayan, istəmədən sidik ifrazına deyilir.

Nədən əmələ gəlir?
1. Sidik kisəsinin divarının zəifliyi
2. Sidik kisəsi sfinktorunun zəifliyi, qapanmasının pozulması
3. Çanaq əzələsinin zəifliyi ( çanaq daxili orqanların xəstəliyi, hamiləlik, doğuş və s.)

Qadınların 30% bu xəstəliklə üzləşir. İnkişaf etmiş ölkələrdə böyük sosial problem səviyyəsinə çatıb. Buna baxmayaraq hətta Amerikanın özündə belə bu problemdən əziyyət çəkən qadınların yalnlız 20-30% həkimə müraciət edirlər. Bizdə isə bu göstərici dəfələrlə azdır.

Müraciətdən çəkinmənin səbəbləri:
1. Ənənəvi utanma hissindən. Müasir dövrə baxmayaraq hələdə xəstəliklər “hörmətli” və “hörmətsiz” xəstəliklərə bölünür. Bu xəstəliklər insana necə ağır gəlsədə onlar haqqında danışmaq çətin gəlir, yalnız dözmək qalır.
2. Səhv fikir formalaşıb ki, bu xəstəlik qocalığın təbii bir mərhələsidir, belədə olmalıdır, bundan qaçmaq olmaz
3. Xəstələrdə əməliyyatsız müalicə növləri haqqında məlumatın olmaması
4. Xəstələrlə ilk rastlaşan həkimlərin məlumatsızlığı
5. Xəstələrdə qədim ağır cərrahi və az effekti olan metodlardan qorxu hissi

Son 10-15 il ərzində sidik saxlamamzlığın müalicəsi yolunda əsl inqilabı dəyişikliklər baş verib. Beləki müasir cərrahi və müalicədən xəbəri olan həkim müalicəsindən sonra 10 qadının 9-da tam müalicə əldə olunur. Həqiqətəndə effektiv və zərərsiz dərmanlar yaranıb. Cərrahi müalicə isə əvvəlkindən çox fərqlənir: kəsik 1 sm., əməliyyat yerli keyləşdirmə altında aparılır, xəstə evə həmin günü yada sabahı gün göndərilir. Effektivlik uzunmüddətli dövrdə 85-90%.

Müasir baxışlar:
1. Sidik saxlamazlıq xəstəliyindən utanmağa dəyməz çünki çox yayılıb
2. Sidik saxlamazlığı müxtəlif mənşəli xəstəlikdir: Stress dizuriya (gərginlik zamanı, öskürək və asqıraq zamanı). Urgent dizuriya (sidyə çıxma hissini saxlanıla bilməməsi). Qarışıq tip.
3. Universal müalicə yolu yoxdur. Stress dizuriya əksər hallarda dərmanla müalicə oluna bilməz. Urgent dizuriyada əməliyyat olmaz. Qarışıq tip isə daha ciddi bir problemdir.
4. Düzgün taktikanın seçilməsi üçün həkim dərman və cərrahi müalicəni bacarmalıdır ki, uyqun hallarda uyğun müalicə təklif elesin.
5. Sidik saxlamamazlığı yaşlı qadınlarda normal hal deyil. Yaş yalnız müalicə taktikasının seçilməsinə təsir edə bilər.

Təsnifat:
1. Stress dizuriya (gərginlik zamanı, misal üçün öskürək zamanı)
2. Urgent (sidiyə çıxma hissi ilə bağlıdır)
3. Qarışıq tip

Əhalinin təxminən 30% bu xəstəlikdən əziyyət çəkir. Onların 50-60% da Stress Dizuriyadır (gərginlik zamanı qeyri-iradi sidik ifrazı, asqıraq, öskürək, gülüş, qarın daxili təzyiqin qalxmasına səbəb olan digər hallarda), 20-30% isə qarışıq tipdir.

Stress dizuriyanın müalicəsi:
Konservativ müalicə-
• Çanaq dibi əzələlərin məşqi (Keqel məşqi)
• Fizioterapiya
• Ümumi və yerli hormonal müalicə
• Piylənməyə qarşı müalicə
• Xroniki tənəffüs yolu xəstəliklərin, qəbizliyin müalicəsi

Cərrahi müalicə-
• Həcm əmələgətirici dərman maddələrin vurulması. Prosedur 15-20 dəqiqə çəkir yerli keyləşdirmə altıda aparılır. Tam ağrısız, kəsiksiz, qansız bir prosedurdur. Xüsusi dərman maddəsi (Urodex) sidik kanalına vurularaq daraldılır, yüngül dərəcəli sidik saxlamazlığı müalicə olunur.

sid

 

• Slinq əməliyyatı. Uretranın altına, selik altına prolen zolaq qoyularaq fiksə olunur. Əməliyyat 2-3 sm-lik kəsikdən aparılır, yerli keyləşdirmə altında keçirilir. Xəstə əməliyyatdan sonrakı dövrdə heç bir müalicəyə ehtiyacı olmur.

Lazer texnologiyasının müalicədə istifadəsi:
Bu texnologiya ən müasir metod hesab olunur. Yüngül və orta dərəcəli Stress dizuriyalarda tətbiq olunur. Müalicə yerli keyləşdirmə altında aparılır, 10-15 dəqiqə çəkir. Lazer şüaları selikaltı qatda kollagen inkişafına səbəb olur, çanaq əzələlərin tonusuna müsbət təsir edərək müalicəvi effekt verir.

laz