• (+994) 55 255 55 45
  • (+994) 50 234 55 60
  • Uroloji - Androloji Mərkəz

Varikoselin mikrocərrahi müalicəsi

Varikosel nədir?

varicocele_1jpgVarikosel kişi sonsuzluğunun əsas səbəblərindən biridir. Sonsuzluq şikayəti ilə müraciət edən kişilərin 40%-da, ümumi populyasiyada 15-20 % arasında varikoselə rast gəlinir. Hərbi xidmətə gedənlərin 20%-də Varikosel görülür.

Varikosel (kisilerde xaya damar genislenmesi) spermaztozoidlərin aktivlik faizini aşağı salır. Uşaqlarda və yeniyetmələrdə varikoselin olması xayaların inkişafını ləngidir nəticədə, spermatogenezi dayandırır. Varikosel nə qədər uzun müddət davam edərsə, mənfi təsiri də bir o qədər böyük olur, bunu nəzərə alaraq Varikosel diaqnozu qoyulan zaman, mikroskopik əməliyyata göstəriş olan pasientlərin qısa zaman içərisində müalicə olunmaları tövsiyyə olunur.

index_clip_image002_0000Varikosel, kişilərdə ən çox qarşılaşdığımız və mikroskopik cərrahiyyə ilə müvəffəqiyyətli nəticələr aldığımız sonsuzluq səbəbidir. Hətta iseminasiya (aşılama) planlanan cütlükdə varikoselin olması mayalanma qabiliyyətini azaldır. Ölkəmizdə ailələrin əksəriyyəti daha gənc yaşlarda qurulduğundan varikoselin təsirinə məruz qalmadan 1 övlad sahibi olan, lakin uzun illər 2-ci uşaq sahibi ola bilməyən kişilərin 70%-də varikoselə rast gəlinir.

Varikosel hansı şikayətlərə səbəb olur?

Varikoselə sasən xayalarda şişkinlik,ağrı və sonsuzluq şikayəti ilə müraciət edən pasientlərdə müayinə zamanı aşkar edilir. Varikosel olan xayanın atrofiyasına (həcminin azalmasına), qasıqda, aralıqda və xayalarda ağrıya səbəb olur, uzun müddət ayaqda durduqda, ağır işlər gördükdə ağrılar arta bilir.

Diaqnozu necə qoyulur?

Varikosel fizik müayinə zamanı gözlə görülə, əllə hiss edilə bilir və ehtiyac olan hallarda doppler ultrasəs müayinə (reflüksün olması) ilə müəyyən olunur. Əsasən sol tərəfli, bəzən sağ tərəfli, az hallarda iki tərəfli olur.

Varikosel nə vaxt müalicə edilməlidir?

Varikosel müalicə edilə bilən bir patologiyadır. Spermaqrammada olan dəyişikliklər (sperma sayının, hərəkətliliyinin azalması və morfologiyasının pozulması) qeyd olunur, ən az 2 patoloji spermaqrammanın olması, infertil (sonsuzluq) şikayətinin olması, hormonlardakı dəyişikliklər, əsasən FSH (follikul stimullaşdırıcı hormon) və T (testosteron) – nun miqdarının dəyişməsinə fikir verilməlidir. Yüksəlmiş FSH zamanı varikoselin müalicəsi çox az effektli olur. Əllə müayinə edilən bütün varikosellər müalicə edilməməlidir. Söylənilən halların kompleks halda görüldüyü zaman Varikoselmüalicə edilməlidir. Uşaqlar və yeniyetmələrdə isə Varikosel olan xayanın digərinə nisbətən 20% həcm itkisinin olması müalicəyə göstərişdir.

Varikosel hansı üsulla müalicə olunur?


Varikoselin medikal (dərman) müalicəsi yoxdur, yeganə müalicəsi cərrahi üsulladır. Bu günə qədər bir neçə cərrahi üsullardan istifadə edilmişdir, lakin son illərdə dünyanın qəbul etidiyi yalnız mikroskopik cərrahiyədir, mikroskopik əməliyyat 99%-a qədər effektlidir. Varikosel mikrocərrahiyə təcrübəsi olan uroloq-androloq tərəfindən aparılmalıdır. Qasıq nahiyəsində kiçik bir kəsiklə əməliyyata başlanılır, 8 dəfə böyütmə qabiliyyətinə malik mikroskop altında genişlənmiş damarlar bağlanılır. Əməliyyatdan sonra iki günlük istirahət və bir müddət cinsi əlaqədən qorunma kifayət edir. Əməliyatdan 3 ay sonra ilk spermaqrammanın, 6 ay sonra 2-ci analizin verilməsi tövsiyyə olunur. Hamiləliklərin böyük əksəriyyəti əməliyyatdan 5-6 sonra olur. 

Avropa Uroloqlar Cəmiyyətinin İdarə heyətinin üzvü, Fransa təhsilli tanınmış uroloq androloq Dr. Araz Bayramov tel. 055 255 55 45